YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Ölkəmiz beynəlxalq müstəvidə İslam həmrəyliyinin gücləndirilməsi yönündə səylərini davam etdirir

«Azərbaycan dünyada İslam həmrəyliyinə böyük önəm verir. Dövlət başçısı tərəfindən 2017-ci ilin ölkəmizdə «İslam həmrəyliyi ili» elan olunması da bu reallığın ifadəsidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, Azərbaycan müsəlman dünyasında böyük nüfuza sahib olan dövlətdir. Onun sözlərinə görə, ölkəmiz beynəlxalq müstəvidə də İslam həmrəyliyinin gücləndirilməsi yönündə səylərini davam etdirir.

«Çünki bəzi dairələr İslam dinini  dünyada gözdən salmağa çalışırlar. Yaxın Şərqdə qarşıdurmalar, qanlı toqquşmalar, terror hadisələri dinc, günahsız insanlara fəlakətlər gətirir. Bütün bunlara son qoymaq üçün İslam dövlətləri birliyini gücləndirməlidirlər. Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu oyunlarda 50-dən çox dövlət iştirak edəcək və islami dəyərlərin təbliği baxımından da bu mötəbər tədbir geniş imkanlar yaradır. Ümumilikdə, dünyada İslam dinini mütərəqqi din kimi qəbul edirlər. Amma bəzi qüvvələr İslam dinini gözdən salmağa cəhd göstərirlər. Həm IV İslam Həmrəyliyi Oyunları, həm də «İslam həmrəyliyi ili» çərçivəsində ölkəmizdə keçirilən tədbirlər belə qüvvələrə tutarlı cavabdır. Hazırda ölkəmizin hər yerində İslam həmrəyliyi mövzusunda müxtəlif tədbirlər keçirilir. YAP Səbail rayon təşkilatı tərəfindən də  yaxın vaxtlarda «İslam sivilizasiyası qlobal proseslər müstəvisində» və «Azərbaycan İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi» mövzularında tədbirlərin keçirilməsi nəzərdə tutulur»- deyə, Ş.Hacıyev vurğulayıb.