YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jewish Journal”: “İsrail-Azərbaycan dostluğunun 25 illiyi bayram edilir”

Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “İsrail-Azərbaycan dostluğunun 25 illiyi bayram edilir” sərlövhəli məqaləsi dərc olunub.

Materialda Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin yaradılması və inkişafı tarixindən bəhs edilir. Müəllif yazır ki, Sovet İttifaqı dağılandan sonra 1991-ci il dekabrın 25-də bütün dünyada Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanımış ilk ölkələrdən biri İsrail olub. 1992-ci il aprelin 8-də isə bu iki ölkə arasında rəsmi diplomatik münasibətlər yaranıb. M.Yevdayev vurğulayır: “Mən bir azərbaycanlı yəhudi kimi bu dostluğun nə dərəcədə vacib olduğunu dərindən anlayıram”.

Azərbaycan texnologiyalar, müdafiə, milli təhlükəsizlik, təbabət, kənd təsərrüfatı və başqa sahələrdə İsrail ilə sıx əməkdaşlıq edir. M. Yevdayev xatırladır ki, İsrail prezidenti Şimon Peres və bu ölkənin baş naziri Binyamin Netanyahu dəfələrlə Azərbaycanda olublar. Baş nazir B.Netanyahunun Azərbaycana sonuncu səfəri 2016-cı ilin axırlarında baş tutub. Həmin səfər zamanı o, ölkəmiz haqqında belə deyib: “Bu nümunə göstərir ki, bütün dünyada müsəlmanlarla yəhudilər arasında münasibətlər belə ola bilər və belə olmalıdır”.