YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Səudiyyə Ərəbistanı Kralı ilə görüşüb

Aprelin 5-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər ölkələrimiz arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətlərini, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə Səudiyyə Ərəbistanının dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, mədəniyyət və informasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycanın Krallıqdakı səfiri Rasim Rzayev də iştirak ediblər.

DİGƏR Xəbərlər Arxiv