YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyev: Həmrəylik İslam ölkələri çox vacibdir

«Həmrəylik İslam ölkələri çox vacibdir». Bu fikri AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, dünya mediasında İslamı gözdənsalma kampaniyası gedir. Onun sözlərinə görə, burada məqsəd İslam dünyası haqqında mənfi rəy formalaşdırmaqdır.

«Məhz bu kampaniyalara qarşı həmrəylik nümayiş etdirilməlidir. İslam dünyasının media rəhbərləri daha səmərəli fəaliyyətlə bağlı vahid platforma hazırlamalıdır. Müasir dünyamızda ən böyük problemlərdən biri də terrorizmdir. Çox təəssüf ki, müasir dünyanın siyasətçiləri, beyin mərkəzləri bu məsələdə günahkar kimi İslamın adını hallandırmağa çalışırlar. Ancaq İslam əslində terrora qarşı olan dindir»- deyə, G.Baxşəliyeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv