YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: «Məktəbəqədər təhsil haqqında» qanun layihəsi önəmli sənəddir

«Azərbaycan təhsili inkişaf yolundadır». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, təhsil sisteminin qanunvericilik bazası gücləndirilməkdədir. Onun sözlərinə görə, parlament bu sahənin inkişafı ilə əlaqədar müvafiq qanunlar qəbul edir.

«Bugünlərdə Milli Məclisdə ikinci oxunuşda qəbul olunan «Məktəbəqədər təhsil haqqında» qanun layihəsi də əhəmiyyətlidir. Məlumdur ki, məktəbəqədər təhsildə yeni model qurulur. Ona görə də, belə bir qanunun qəbul edilməsi çox vacibdir. Bu sənəddə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının müəyyən müddəaları bu qanun layihəsində əksini tapır. Son illər məktəbəqədər təhsilin inkişafı ilə əlaqədar mühüm işlər görülür. Bu istiqamətdə xeyli sayda uşaq baxçaları inşa edilib və ya yenidən qurulub. Təbii ki, bu yöndə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir»- deyə, .  

DİGƏR Xəbərlər Arxiv