YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Dövlət başçısının sərəncamı humanist siyasətinin növbəti təzahürü və həyata keçirilən genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir

«Prezident İlham Əliyevin imzaladığı  “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamda hüquq sisteminin mühüm tərkib hissəsi olan penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə yönələn mühüm tədbirlərin geniş spektri öz əksini tapıb». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki,  ölkəmizdə hüquqi islahatların yeni mərhələsinə start verilib. Onun sözlərinə görə, bütövlükdə bu Sərəncam Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. 
«Hazırda  ölkəmizin hüquq sistemində islahatların növbəti mərhələsinə başlanılması heç də təsadüfi deyil. Son illər Azərbaycanda baş verən müsbət dəyişikliklər ölkəmizin nümunəvi inkişaf modelini formalaşdırıb və yeni reallıqlar meydana çıxarıb. Məhz dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevirib. Dövlət başçısının sərəncamında ölkəmizdə cəza siyasətinin daha da humanistləşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi belə tədbirlər sırasında yer alır. Şübhə yoxdur ki, bu yöndəki tədbirlər ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üçün optimal baza formalaşdıracaq. Bütün bunlar Azərbaycanın humanizmə söykənən siyasətinin nümunəsidir ki, beynəlxalq müstəvidə də yüksək dəyərə layiqdir»- deyə, S.Fətəliyeva vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv