YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brahm Helinz: Qəbələdə insanların qonaqpərvərliyi və musiqi duyumu məni heyran etdi

Qəbələdə insanların qonaqpərvərliyi və musiqi duyumu məni heyran etdi. Belə bir gözəl məkanda səhnəyə çıxmaq bizə unudulmaz anlar yaşatdı. Dağların əzəməti, çayların şırıltısı, ucsuz-bucaqsız yaşıllıqlar və klassik musiqidən daha gözəl nə ola bilər? Festivala dəvət olunduğumuz üçün çox şadıq.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yohannesburq Simfonik Orkestrinin üzvü Brahm Helinz deyib.

Festivalda iştirakından məmnunluğunu ifadə edən B.Helinz proqrama uyğun olaraq orkestrin bir neçə konsertlə çıxış etdiyini və Avropa bəstəkarlarının əsərlərin səsləndirdiklərini bildirib.

Brahm Helinz deyib: “Qəbələ Bakıdan uzaqda yerləşsə də, konsertlərə paytaxtdan və bölgələrdən xeyli sayda musiqisevərin gəldiyinin şahidi oldum. Bu da heç şübhəsiz ki, festivalın yüksək səviyyədə təşkilinin və keyfiyyətinin göstəricisidir. Düşünürəm ki, ifamızla fikirlərimizi tamaşaçılara ötürə bildik”.

Festivalın işinə uğurlar arzulayan musiqiçi gələn il də bu möhtəşəm tədbirə qatılmaq istəyində olduğunu dilə gətirib.