YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda İKT-nin inkişafına həsr olunmuş videokonfrans keçirilib

ABŞ-Azərbaycan Ticarət Palatasının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda videokonfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, konfrans zamanı ABŞ-ın “Microsoft” şirkətinin İnnovasiya Mərkəzi ilə “Skype” üzərindən bağlantı yaradılıb.

“Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı və həyata keçirilən layihələr” mövzusuna həsr olunmuş videokonfransda nazir müavini Elmir Vəlizadə bu istiqamətdə görülən işlərdən danışıb. Nazir müavini Azərbaycan hökumətinin informasiya-kommunikasiya texnologiyalarını (İKT) prioritet sahə elan etdiyini xatırladaraq bildirib ki, sektorun daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir.

Ölkədə əlverişli biznes mühitinin formalaşdırıldığını, xarici şirkətlərə investisiya yatırmaq üçün geniş imkanlar yaradıldığını vurğulayan E.Vəlizadə Azərbaycanın İKT sahəsi üzrə böyük potensialının olduğunu diqqətə çatdırıb. Konfrans iştirakçılarına, həmçinin həyata keçirilən regional layihələr, Azərbaycanın bununla bağlı təşəbbüsləri barədə məlumat verilib.

Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov, “Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin işçi qrupunun rəhbəri Zaur Həsənov və digər çıxış edənlər informasiya texnologiyaları sahəsi üzrə həyata keçirilən layihələrdən və əldə olunan nəticələrdən danışıblar.

Telekonfransda ABŞ-ın tanınmış iş adamları, ABŞ-Azərbaycan Ticarət Palatasının rəsmiləri, “Microsoft” şirkətinin nümayəndələri iştirak ediblər.

 

 

DİGƏR Xəbərlər Arxiv