YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 15,5 faiz artıb

Bu ilin altı ayında Azərbaycanda qeyri-dövlət sənaye müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı 15,5 faiz artaraq 867,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmək haqqının daha yüksək artımı emal bölməsinin poliqrafiya fəaliyyəti, içki, avtomobil və qoşquların, kağız və karton, rezin və plastmas, əczaçılıq, qida, neft məhsullarının, hazır metal məmulatlarının istehsalı, geyim, maşın və avadanlığın quraşdırılması və təmiri müəssisələrində müşahidə olunub.