YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə yüksək dövlət qayğısı var

«Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə yüksək dövlət qayğısı var». Bu fikri  Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Prezident İlham Əliyev hər zaman bu sahəyə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ölkəmizdə bu sahədə infrastruktur yeniləşir, eləcə də, mədəniyyət və incəsənət xadimləri dövlət tərəfindən mütəmadi olaraq mükafatlandırılır.

«Ən mühüm məqam ondan ibarətdir ki, bu gün Azərbaycan mədəniyyəti dünyada geniş təbliğ olunur. Bu fakt, ölkəmizinin inkişafının, gücünün göstəricisidir. Hazırda dövlətimiz bu inkişaf yolunda inamla irəliləyir»- deyə, komitə sədrinin müavini vurğulayıb.