YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Bütün sahələrdə gənclərimiz üçün geniş perspektivlər açılıb

"Bu gün biz gənclərə həm Azərbaycanın gələcəyi kimi, həm də gələcəyin qurucuları kimi baxırıq".

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin ötən ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

Əli Əhmədov qeyd edib ki, 2016-cı ildə gənclərimizin fəaliyyəti çox geniş olub: "Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunun artması fonunda YAP gənclərinin sayının artması bizi sevindirir. Çox sevindirici haldır ki, Azərbaycan gəncləri öz siyasi fəaliyyətlərini daha çox YAP-la bağlayırlar. Onlar YAP üzvü olmaqla Azərbaycan cəmiyyətinin inkişafına öz töhfələrini vermək imkanı qazanırlar. Bu, həm gənclər, həm də YAP üçün çox xeyirlidir".

Baş nazirin müavini əlavə edib ki, bu gənclər YAP-da başladıqları ictimai fəaliyyətləri ilə özlərini cəmiyyətə təqdim edirlər: "Bu mənada YAP-a daxil olan gənclər həm YAP-ı gücləndirir, həm də özlərinin ictimai fəaliyyətləri üçün çox güclü meydança əldə edirlər. Bütün sahələrdə gənclərimiz üçün geniş perspektivlər açılıb. Son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində gənclərə xüsusi önəm verilməsi bunu bir daha göstərir".

Əli Əhmədov əlavə edib ki, Azərbaycan cəmiyyəti gənclərin say etibarilə çox olduğu cəmiyyətlərdən biridir: "Cəmiyyətimizin uğurlarına gənclərimiz kifayət qədər töhfə veriblər".

 

DİGƏR Xəbərlər Arxiv