YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Ermənistan hal-hazırda sürətlə geriləyən dövlətdir

«Yenilənmiş Madrid prinsiplərində Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə işğal olunmuş ərazilərin qaytarılması bir-birindən asılı deyil». Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün Dağlıq Qarabağ azərbaycanlıları bu bölgəyə qayıtmalıdırlar. Onun sözlərinə görə, Ermənistan hal-hazırda sürətlə geriləyən dövlətdir.

«Ermənistanın sürətlə geriləməsinin səbəbi Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, nəinki ermənilər, bəlkə də bütün Cənubi Qafqaz regionu tamam fərqli şəraitdə yaşamış olardı»- deyə, politoloq qeyd edib.

DİGƏR Xəbərlər Arxiv