YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Münaqişənin köklü həlli yalnız işğala son qoyulmasından, ərazi bütövlüyünün bərpa olunmasından keçir

«Ətraf 7 rayon işğaldan azad olunduqdan sonra strateji fasilə yaranacaq və məhz bu zaman Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtləri müəyyən edilməlidir». Bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu zaman razılaşmalar, kompromis olmalıdır. Burada heç vaxt bir prinsipdən kənara çıxmaq olmaz. Onun sözlərinə görə, bu prinsip münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsidir.

«Bu prinsipdən kənar hər hansı həll variantından söhbət gedə bilməz. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt yol verilməyəcək. Ümumiyyətlə, münaqişənin köklü həlli yalnız işğala son qoyulmasından, ərazi bütövlüyünün bərpa olunmasından keçir. Rusiyalı diplomatın münaqişə zonasında insidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı fikirlərinə gəlincə, bu məsələdə də Azərbaycanın mövqeyi bəllidir. Əgər torpaqlarımız işğal altındadırsa, erməni əsgəri Azərbaycan ərazilərini işğal altında saxlayırsa, burada hansı insidentin araşdırılmasından söhbət gedə bilər? Ən böyük insident ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır, bu ərazilərdə işğalçı Ermənistanın hərbi qüvvəsi var. İşğal altındakı ərazilərdən işğalçı qüvvə çıxarılmadan, torpaqlar azad olunmadan orada insidentlərin araşdırılması əslində status-kvonun qorunub saxlanması mənafeyinə xidmət edir»- deyə, E.Nəsirov vurğulayıb.

 

 

 

 

DİGƏR Xəbərlər Arxiv