YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: 2016-cı il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub

«2016-cı il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün uğurlu olub». Bu fikri Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Şura tərəfindən 2016-cı ildə 556 QHT layihəsi maliyyələşdirilib. Onun sözlərinə görə, bütövlükdə layihələrə 106 min nəfərdən çox insan qatılıb.

«2016-cı il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub. Ötən il QHT sektorunun dinamik inkişafı ilə yadda qalıb. Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiya müşahidə edilib. Eləcə də, ötən il Şura beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərib»- deyə, A.Quliyev vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv