YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qeorqi Qaxariya: Gürcüstanın onu təbii qazla tam təmin edən Azərbaycan kimi strateji tərəfdaşı var

Təbii qazın Ermənistana tranziti ilə bağlı Qazprom Eksport ilə sonuncu saziş iqtisadi baxımdan Gürcüstan üçün məğlubiyyətdir. Bugünkü vəziyyətdə Gürcüstan iqtisadi baxımdan itirir. Amma bizim Azərbaycan kimi strateji tərəfdaşımız var və o, bizi təbii qazla tam təmin edəcək. Bu isə o deməkdir ki, bizim Rusiya qazından asılılığımız sıfıra bərabərdir.

Bu sözləri “Rustavi 2” televiziya kanalındakı çıxışı zamanı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya söyləyib.

Nazirin sözlərinə görə, hazırda Qazpromla müqavilənin şərtlərini və detallarını yeniləmək istiqamətində danışıqlar davam edir. “Rusiya tərəfi ildə 2,2 milyard kubmetr qazın Gürcüstan ərazisindən nəqlinə görə bizə nağd pul ödəyəcək. Həmçinin lazım gəldikdə bizə min kubmetri 185 dollara qaz satacaq”, - deyə o qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv