YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən,  Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Salayev Baba Hacı-Baba oğlu və Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseynov İsmayıl Xəlil oğluna isə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verildi.