YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli”nin elan edilməsi İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək

«Sirr deyil ki, bu gün dünya ictimaiyyəti çox ciddi problemlərlə üzləşməkdədir. Bir yandan qlobal iqtisadi böhranın dövlətlərin iqdisadiyyatına vurduğu ağır zərbələrin fəsadları hələ də ardan qaldırılmayıb, bu, eyni zamanda ictimai münasibətlərdə və sabitliyin təmin olunmasında çətinliklər ortaya çıxarır. Digər tərəfdən qlobal terror dalğasının genişlənməsi və artıq bu təhlükənin hamımızı ciddi şəkildə narahat etməsi kifayət qədər düşündürücüdür. Ötən il ərzində Avropanın bir sıra şəhərlərində baş verən qanlı terror olayları da bir daha sübut etdi ki, heç kəs bu kimi hədələrdən sığortalanmayıb. Bizi narahat edən digər bir məqam isə ondan ibarətdir ki, bu gün bəzi maraqlı dairələr məqsədli şəkildə İslam dinini terrorla yanaşı vurğulayır». Bu fikirləri AŞPA-nın qış sessiyasında çıxışı zamanı qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu gün bu problemlərin həllinin birinci yolu əməkdaşlıqdır. Dinlər, mədəniyyətlər arasında anlaşma, xoşgörü, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi bəlkə də tarixdə heç vaxt bu günkü qədər vacib və əhəmiyyətli olmayıb. Onun sözlərinə görə, Azərbaycan müsəlmanların mütləq çoxluq təşkil etdiyi suveren bir dövlətdir.

«Bununla belə, Azərbaycanda bütün dinlər, müxtəlif millətlər qanun qarşısında bərabər və eyni hüquqlara malikdir. Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Respublikada dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində əsaslı nailiyyətlət əldə olunub. Azərbaycan dövləti bütün millətlərin və dinlərin nümayəndələrinə qayğı ilə yanaşır, hər kəsə eyni hüquqları təmin edir. Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir. Azərbaycan eyni zamanda İslam dəyərlərinin də qorunması, inkişaf etdirilməsi və yaşadılması istiqamətində də ardıcıl tədbirlər görür. Bu il Azərbaycanda "İslam həmrəyliyi ili" elan olunub. Bu il çərçivəsində görüləck tədbirlər dünyada islamı terror dini kimi təqdim etməyə çalışan məqsədli qüvvələrə qarşı da əsaslı cavab olacaq, İslamın əsl mahiyyəti üzrə sülh və barış dini təqdimatına töfhə verəcək.Şübhəsiz ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli”nin elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bildiyiniz kimi, bu il Azərbaycanda həm də “IV İslam Həmrəyliyi Oyunları” keçiriləcək. Buna paralel olaraq 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək»- deyə, S.Qafarova vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv