YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan Prezidentinin Sərəncamı gənclərimizdə ruh yüksəkliyini daha da artırdı

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xalqımızın böyük sevincinə səbəb olmaqla yanaşı, gənclərimizdə ruh yüksəkliyini daha da artırdı.

Bu fikri Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib.

Ş.İsmayılov deyib: “Bu Sərəncamın önəmini bir neçə tərəfdən təhlil etmək olar. Birincisi, həm düşmənə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə bir mesaj verilir ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı bir formada sual altına alına bilməz. İşğal olunmuş ərazilər Azərbaycanın tərkib hissəsidir. Hələ ilkin olaraq düşməndən azad edilmiş ərazilərə insanlarımızın qayıtmaq istəyinin bu cür yüksək olması Azərbaycan xalqının Prezidentlə birliyinin, vahid mövqeyinin göstəricisidir. İkinci maraqlı tərəf ondan ibarətdir ki, münaqişənin uzun müddətdir həll olunmaması bəzən belə bir sual yaradırdı ki, bəlkə bu insanlar heç doğma yurd-yuvalarına getmək istəmirlər. Beynəlxalq aləmdən də bəzən belə mesajlar gəlirdi. Yeni nəsil formalaşıb, bəlkə onlar artıq bu torpaqları unudublar. Lakin bu gün 190 ailənin Cocuq Mərcanlıya köçmək, işğaldan azad edilmiş bu kənddə yaşamaq istəməsi həm də dünya ictimaiyyətinə bir mesajdır ki, insanlar öz yurd-yuvalarını unutmayıblar və biz tarixi ata-baba torpaqlarımıza qayıtmaq niyyətindəyik. Daha bir vacib məqam ondan ibarətdir ki, görülən bərpa işləri, insanların Cocuq Mərcanlıya qayıtmaları, o kənddə yaşamaları prosesi gələcəkdə digər torpaqlarımız da işğaldan azad olunduqca həmin ərazilərin də bərpasında bir model rolunu oynayacaq. Bu gün Cocuq mərcanlıların doğma kəndlərinə gedib yaşamaq istəkləri həm də onlarda Azərbaycan Ordusuna olan etibarı göstərir. Cəbhəyanı ərazi olmasına baxmayaraq, insanlar böyük həvəslə oraya gedib öz yaşamlarını davam etdirmək istəyirlər. Biz əminik ki, torpaqlarımızın işğaldan azad olunacağı gün çox yaxındır. Dövlətimizin başçısının Sərəncamı bu əminliyimizi daha da möhkəmləndirdi”.

 

DİGƏR Xəbərlər Arxiv