YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Bu qərar işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır

«Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı imzaladığı sərəncam bütün xalqımız tərəfindən yüksək qarşılanır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 M.İbrahimqızı bildirib ki, bu qərar işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır. Onun sözlərinə görə, işğal altında olan digər torpaqlarımız da azad ediləcək və insanlar həmin torpaqlara qayıdacaqlar.

«Bu gün həyata keçirilən dövlət siyasətinin başlıca məqsədi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Ötən ilin aprel döyüşlərindən sonra qələbənin bizə nə qədər yaxın olduğuna bir daha əmin olduq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məsələdə qətiyyətli və  prinsipial mövqe nümayiş etdirir. Hesab edirəm ki, beynəlxalq birlik artıq əməli fəaliyyətə keçməli, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində zəruri addım atmalıdır. Əks halda, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək»- deyə, M.İbrahimqızı vurğulayıb.