YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Cənab Prezidentin Fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq

«Cənab Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirlməsi xüsusi yer tutur. Onun sözlərinə görə, bu baxımdan qaçqın və məcburi köçkünlərə diqqət böyük əhəmiyyət kəsb edir.

«Dövlət başçısının fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi

daha da güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi təmin olunacaq. Əgər buna qədər istər enerji daşıyıcıları, istərsə də çörəklə bağlı qaçqın və məcburi köçkünlərə ayrılan normalar müvafiq qurumlar tərəfindən verilirdisə, bundan sonra hər məcburi köçkünə konkret 36 manat ayrılacaq və onlar birbaşa bu məblğdən istifadə edə biləcəklər. Fərmanın mahiyyəti ondan ibarətdir ki, ayrılan müavinətlərin taleyi qaçqın və məcburi köçkünlərin özlərindən asılı olacaq. Bu isə həmin insanların da maraqlarına uyğundur. Bütövlükdə bu qərar həmin kateqoriyadan olan insanların sosial müdaifəsinin gücləndirilməsinə xidmət edir»- deyə, M.Quliyev vurğulayıb.