YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Dövlət başçısının sərəncamı məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının mühüm bir göstəricisidir

«Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsidir». Bu fikri Milli Məclisin deputatı  Bəxtiyar Əliyev deyib. 

B.Əliyev  bildirib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi aprel döyüşləri hərb tariximizin şanlı səhifələrindən biridir. Onun sözlərinə görə, bu döyüşlər nəticəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olunub.

«Dövlət başçısının sərəncamı məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının mühüm bir göstəricisidir. Bu sərəncam bir daha təsdiqləyir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Bu yöndə artıq əməli addımlar atılır»- deyə, deputat  vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv