YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Gələcəkdə də vətəndaşların sosial müdafiəsinə yönəlmiş qərarların qəbul ediləcəyi şübhəsizdir

«Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman həmin kateqoriyadan olan insanların sosial müdafiəsi üçün atılan mühüm addımdır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycanda həyata keçirilən  sosial siyasətinin başlıca məqsədlərindən biri sosial qayğıya ehtiyaca olan insanların həyat şəraitinin yüksəldilməsidir. Onun sözlərinə görə, sosial xərclərin əsas effektivliyi ilə onların ünvanlılığı arasında birbaşa asılılıq var.

«Bu baxımdan ölkə Prezidentinin  fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin olunması məqsədilə atılan addım bütövlükdə bu sistemin effektivliyinin artırılmasına yönəlib. Bu mexanizm həm də  çevikliyin artırılmasına səbəb olacaq. Bununla da, maliyyə idarəetməsində nail olunan qənaət hesabına gələcəkdə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün daha çox iş görmək mümkün olacaq. Bütün bu addımlar davamlı xarakter daşıyırıq. Təbii ki, gələcəkdə də vətəndaşların sosial müdafiəsinə yönəlmiş qərarların qəbul ediləcəyi şübhəsizdir»- deyə, İ.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv