YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə bu ölkənin milli bayramı – Respublika günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Hindistanı dərin tarixi kökləri və xoş ənənələri olan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və rifah arzulayıram.”