YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2016-cı ildə Neft Fondundan dövlət büdcəsinə 7 milyard 615 milyon manat vəsait transfert edilib

2016-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 7 milyard 615 milyon manat vəsait transfert edilib. Bu rəqəm 2015-ci illə müqayisədə 515 milyon manat və 6,3 faiz azdır.

Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsi təsdiq edilib. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2017-ci ildə fondun gəlirlərinin 8 milyard 370 milyon 589,9 min manat, xərclərinin isə 14 milyard 483 milyon 856 min manat təşkil etməsi nəzərdə tutulur. Fərmana əsasən, ARDNF-dən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 6 milyard 100 milyon manat müəyyən edilib.

 

DİGƏR Xəbərlər Arxiv