YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR 2016-cı ildə Ceyhan limanından 16,8 milyon tonadək neft ixrac edib

2016-cı ilin dekabr ayında SOCAR Novorossiysk limanından 79 min 846 ton, Supsa limanından 170 min 965 ton, Ceyhan limanından isə 1 milyon 290 min 954 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, ümumilikdə ötən ilin yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 217 min 799 ton, Supsa limanından 2 milyon 383 min 854 ton, Ceyhan limanından 16 milyon 784 min 975 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.