YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 9-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının inzibati binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə əvvəlcə dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolu, çoxşaxəli siyasi fəaliyyətinə həsr edilən film nümayiş olunub.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin vəfatından 13 il ötsə də, onun əbədiyaşar xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq. Dahi rəhbər doğma Vətəni və xalqı üçün gördüyü işlər nəticəsində Azərbaycanın rəmzinə çevrilib.

Azərbaycanın qədim və zəngin dövlətçilik tarixində Ümummilli Liderimizin özünəməxsus yeri olduğunu diqqətə çatdıran Ş.Hacıyev deyib ki, dahi şəxsiyyətin doğum günü və anım günləri Azərbaycanın bütün bölgələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də geniş qeyd olunur, xatirəsi anılır.

Bildirilib ki, öz həyatını xalqının rifahına, ölkəsinin inkişafına həsr edən ulu öndər Heydər Əliyev dühası, zəngin dövlətçilik təcrübəsi sayəsində keçmiş SSRİ kimi dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəlib. Ümummilli Lider Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəni keçmiş SSRİ-də geridə qalmış aqrar ölkədən ən qabaqcıl yerlərə çıxardı.

Dahi rəhbər hələ sovet dövründə ölkəmizin idarə olunmasında azərbaycanlı kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırırdı.

Azərbaycanın müstəqilliyin əvvəllərində bütün sahələrdə tənəzzüllə, bölünmə təhlükəsi ilə üzləşdiyini diqqətə çatdıran professor ulu öndər Heydər Əliyevin xalqımızı bu bəlalardan xilas edərək dinamik inkişaf yoluna çıxarması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

DİGƏR Xəbərlər Arxiv