YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Bu gün əsas prioritet makroiqtisadi sabitliyin möhkəmləndirilməsidir

«2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin sabitləşməsi, təsbit olunması, qiymətlərin sabitliyinin təmin edilməsi, makroiqtisadi sərtliyin azaldılması üçün imkanlar olacaq». Bu fikri Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün Milli Məclisin iclasında 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, bu gün əsas prioritet makroiqtisadi sabitliyin möhkəmləndirilməsidir. Onun sözlərinə görə, ilkin olaraq biz sabitləşdirmə siyasətinə keçməliyik ki, investorlar bizə inansınlar və vətəndaşların, dövlətin gəlirinin artırılması həyata keçirilsin. Makroiqtisadi çərçivənin əsas elementlərindən olan bank sektorunda tezliklə sabitliyin və kredit aktivliyinin bərpa olunmasına çalışırıq. Mərkəzi Bankın diqqət yetirdiyi əsas məsələ Maliyyə Nazirliyi ilə birlikdə makroiqtisadi sabitliyin bərpasıdır. Bu istiqamətdə ciddi işlər gedir. Yaxın zamanlarda bu işlər yekunlaşacaq.

«Azərbaycan qlobal, beynəlxalq layihələr həyata keçirir. Bu layihələri maliyyələşdirmək üçün ölkə öz valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olub. Bunları qiymətləndirsək, bütünlükdə tədiyyə balansının bu il gözlənilən 5 milyard dollar mənfi saldosu əhəmiyyətli rəqəmdir. Bunun 88-90 faizi kapitalın hərəkəti ilə bağlıdır. Bu, keçmiş və gələcək üçün götürülən borclarla, öhdəliklərlə və eyni zamanda, həyata keçirdiyimiz layihələrdən götürəcəyimiz gəlirlərlə əlaqədardır»- deyə, E.Rüstəmov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv