YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ rəsmisi: Birləşmiş Ştatlar Azərbaycan ilə əməkdaşlığın davam etdirilməsinə sadiqdir

ABŞ-ın Azərbaycan ilə əməkdaşlığının davam etdirilməsinə sadiqliyini bir daha bəyan edirik.

Bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 22-də keçirdiyi brifinqdə söyləyib. O deyib ki, ABŞ müstəqil, sabit, demokratik, inkişaf edən Azərbaycan ilə əməkdaşlığı davam etdirəcək.

Dövlət Departamentinin rəsmisi Azərbaycanda keçirdiyi görüşlərdə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin yollarının müzakirə olunduğunu qeyd edib. Bildirib ki, görüşlərdə terrorla və transmilli cinayətkarlıqla mübarizə, təhlükəsizlik, habelə iqtisadi əlaqələr, energetika məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın bu sahədə əldə etdiyi uğurların və ölkədə həyata keçirilən iqtisadi islahatların da müzakirə olunduğunu vurğulayan B.Brink ABŞ-ın Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv