YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Sonra rayon təşkilatının qərargahında öz işini davam etdirən tədbiri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq geniş məruzə ilə çıxış edib. Məruzəsində partiyanın yaranma tarixindən söhbət açan natiq həmin illərin xalqımızın yaddaşında dərin izlər buraxdığını bildirib.

Tədbirdə Tətər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, YAP Tərtər rayon təşkilatının Gənclər Birliyinin sədri Emin Pənahov  və başqaları məruzə ətrafında çıxış ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə bir qrup partiya fəalına Fəxri fərmanlar, həmçinin YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri verilib.

 

DİGƏR Partiya xəbərləri Arxiv