YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ordumuz işğalçı Ermənistanın bütün təxribatlarına layiqli cavab vermək iqtidarındadır

«Ermənistan silahlı birləşmələrinin qoşunların təmas xəttində provokasiya xarakterli hərəkətlərinin başlıca səbəblərindən biri Azərbaycanı təxribata çəkməkdir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, işğalçı Ermənistan unudur ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Onun sözlərinə görə, bundan öncə də törədilən təxribatların qarşısının qətiyyətlə alınması bunu əminliklə söyləməyə əsas yaradır.

«Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək gücündədir və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Məhz aprel döyüşləri çərçivəsində Ermənistanın təxribatlarına layiqli cavab verilməsi də bunu deməyə əsas verir»- deyə, E.Məmmədov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv