YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin “Yeni çağ” qəzetində müstəqilliyimizin bərpasından bəhs olunan məqalə dərc edilib

Türkiyənin çoxtirajlı “Yeni çağ” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Faiq Bağırovun “Azərbaycan-Türkiyə münasibətlərinin 25-ci ildönümü” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yaşanmış ictimai-siyasi proseslər barədə geniş məlumat verilir, qardaş Türkiyə ilə əlaqələrin qurulmasından, qarşılıqlı münasibətlərin inkişaf strategiyasından və tarixi əhəmiyyətli məsələlərdən bəhs olunur.

Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu Azərbaycan-Türkiyə münasibətlərinin Prezident İlham Əliyev tərəfindən inamla irəli aparıldığını diqqətə çatdıran səfir qeyd edir ki, münasibətlərin hazırkı vəziyyəti xalqlarımızın və ölkələrimizin ümumi maraqlarını tam şəkildə təmin edir.

Məqalədə mövcud Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin xalqlarımızın rifahında oynadığı rol, həmçinin onların region ölkələrinin inkişafına təsiri, perspektivdə olan işlərin, o cümlədən TANAP və TAP layihələrinin, istismara hazırlanan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin iqtisadi inkişafımıza təsiri və digər məsələlərdən də danışılır.