YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Avropa Komissiyasının yeni seçilmiş Sədri Jan-Klod Yunkerə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının yeni seçilmiş Sədri Jan-Klod Yunkerə təbrik ünvanladı.

Avropa Komissiyasının Sədri vəzifəsinə seçilməsi münasibətilə Jan-Klod Yunkerə təbriklərini çatdıran Prezident İlham Əliyevin məktubunda deyilir: “Azərbaycan Respublikası Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu mənada Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi, əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.

Bu gün siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük potensiala malik əlaqələrimiz uğurla inkişaf etməkdədir. Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biri sayılan enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin etibarlı tərəfdaş olduğunu sübut etmişdir”.

Dövlət başçısı əmin olduğunu bildirmişdir ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.