YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəhman Qurbanov: “Şahdəniz” yatağından təbii qaz hasilatı 10 faiz artıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən böyük təbii qaz yatağı olan “Şahdəniz”də 8,021 milyard kubmetr qaz hasil edilib. Bu həcm ötən ilin analoji dövründəki göstəricidən 10 faiz çoxdur.

Bu barədə “naturalgasworld.com”a müsahibəsində SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.

“Hesabat dövründə Azərbaycan daxili tələbatın ödənilməsi üçün “Şahdəniz” yatağından 2,64 milyard kubmetr təbii qaz əldə edib. Bu, “Şahdəniz”dən hasil edilən və satışa çıxarılan təbii qazın ümumi həcminin 32,9 faizini təşkil edir. SOCAR-ın hasil etdiyi kommersiya qazının həcmi isə 4,22 milyard kubmetr olub”, - deyə R.Qurbanov əlavə edib.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz) və TPAO (19 faiz).