YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Yeni qanunun məqsədi qanunvericilik bazasının təkmilləşdirilməsidir

«“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanunun məqsədi milli qanunvericilik bazasının təkmilləşdirilməsidir». Bu fikri Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, 8 fəsil 42 maddədən ibarət qanunun hazırlanması ilə bağlı mütəxəssislərindən ibarət yaradılan işçi qrupu xeyli iş görüb. Onun sözlərinə görə, bu sahədə mövcud beynəlxalq təcrübə yaxından öyrənilib.

«Bu gün Beynəlxalq Antidopinq Təşkilatı idmançılara 7 mindən çox dərmandan istifadəyə qadağa qoyub. Dopinqdən istifadə edən idmançılara, federasiyalara qarşı sanksiyalar tətbiq olunur. Bu, idmanın inkişafı baxımında müsbət qiymətləndirilir. Bu dərmanlardan 3 dəfə istifadə edən atletlər idmandan birdəfəlik uzaqlaşdırılır. Azərbaycanda da bu məsələ daim diqqətdə saxlanılır. Gənclər və İdman Nazirliyinin tərkibində antidopinq komissiyası fəaliyyət göstərir. Ölkəmiz bu sahədə müvafiq beynəlxalq sənədlərə qoşulub. Dünyada dopinqə qarşı mübarizə tədbirləri getdikcə daha da sərtləşdirilir. Son zamanlar dünya idmanında baş verən hadisələr bu məsələyə diqqəti daha da artırıb»- deyə, komitə sədri vurğulayıb.