YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Məişət zorakılığın qarşısının alınması istiqamətində məlumat bankı yaradılıb

«Mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, artıq qadınlar onların arxasında güclü dövlət müdafiəsinin dayandığını bilir. Onun sözlərinə görə, təkcə qanunların qəbul olması əsas deyil, onların implementasiyası da vacibdir.

«Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir. Qeyd edim ki, məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat bankı yaradılıb. Məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır. Burada əsas iki məqsəd var, ilk növbədə araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, xüsusilə regionlarda seminarlar, görüşlər keçirmək. İkincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdirməkdir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.