YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan və Gürcüstanın birgə tarif siyasəti nəticəsində tranzit yükdaşımaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycan və Gürcüstanın birgə tarif siyasəti nəticəsində tranzit yükdaşımaları əhəmiyyətli dərəcədə artıb. Bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin nəqli 4 dəfə, avtomobil nəqliyyatı ilə yükdaşımalar 2,3 dəfə artıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə deyib.

Nazir Azərbaycan və Gürcüstanın birgə layihəsi olan "Enerji körpüsü"nün uğurla həyata keçirildiyini diqqətə çatdırıb.