YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə “Azərbaycanda ana sağlamlığı və ailə hüquqlarının təşviqinin milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib

Oktyabrın 24-də Milli Məclisdə parlamentin səhiyyə komitəsinin, Əhaliartımı və İnkişaf üzrə Avropa Parlament Forumunun, BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda ana sağlamlığı və ailə hüquqlarının təşviqinin milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbirdə çıxış edərək son illər Azərbaycanda istər ana, istərsə də uşaq ölümü göstəricilərinin xeyli azaldığını bildirib. Komitə sədri bu sahədə bir sıra problemlərin hələ də qaldığını vurğulayıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, sağlamlıq və təhsil olmayan yerdə inkişafdan söhbət gedə bilməz.