YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Bərdə rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun qadın seçiciləri ilə görüş keçirib

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Bərdə rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun qadın seçiciləri ilə görüş keçirib.

“Yeni Azərbaycan” referendum üzrə Təşviqat qrupunun Bərdə rayon şöbəsinin və YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya sentyabrın 26-da ölkəmizdə keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zərurət olduğunu deyib. F.Şadlinskaya bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur: «Eyni zamanda,insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə ehtiyac duyulur və bu dəyişikliklər Azərbaycan dövlətinin inkişafına,müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi labüddür.  Əminəm ki, rayonumuzun qadın seçiciləri də ölkəmizdə gedən inkişafı,tərəqqini düzgün dəyərləndirəcək, referendumda aktivlik nümayiş etdirərək təklif olunan dəyişikliklərin lehinə səs verəcəklər.

Görüşdə  Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru , “Yeni Azərbaycan ” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Bəxtiyar Sadıqov çıxış edərək bildirib ki, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Onun sözlərinə görə, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Hazırda ölkəmizdə siyasi plüralizm, söz və fikir azadlığı, vətəndaş cəmiyyətinin inkişafı tam təmin olunub. 
Millət vəkilinin fikrincə, bu inkişaf bir sıra yenilikləri, o cümlədən konstitusiyamıza da dəyişiklikləri zəruri edir: “Bütövlükdə, Konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafına, sabitlik və rifaha xidmət edir. Mən qadın seçiciləri sentyabrın 26-da fəal olmağa və konstitusiya dəyişikliklərinə səs verməyə çağırıram. İnanırıq ki, belə də olacaq”.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “Yeni Azərbaycan ” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi  Vüqar Rəhimzadə çıxış edərək Konstitusiya islahatlarının əhəmiyyətindən bəhs edib. Azərbaycan qadınlarının hər zaman dövlətçilik mövqeyindən çıxış etdiyini deyən V.Rəhimzadə bu dəfə də belə olacağına əminliyini ifadə edib. O bütün rayon seçicilərinin, o cümlədən qadınların 26 sentyabrda keçiriləcək referendumda fəal iştirak edəcəyinə əminliyini ifadə edib. «Çünki Konstitusiya dəyişiklikləri dövlətimizin daha da inkişafına və güclənməsinə xidmət edir»- deyə, V.Rəhimzadə vurğulayıb.

Görüşdə çıxış edən YAP Bərdə rayon Təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova və Azərbaycan Uşaq Fondu Bərdə rayon şöbəsinin sədri Ofeliya Hüseynova ümumxalq səs verməsində qadınların yaxından iştirak edəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv