YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Abşeron rayonunda seçicilərlə görüş keçirilib

"Yeni Azərbaycan" təşviqat qrupunun Abşeron rayon şöbəsində sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar rayon seçiciləri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun Abşeron rayon şöbəsinin və Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb.

O deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilib. Lakin son 7 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında nəzərəçarpan dəyişikliklər baş verib, cəmiyyətin demokratikləşməsi və liberallaşdırılması, söz azadlığı, vicdan azadlığı və s. sahəsində çox əhəmiyyətli irəliləyişlərə nail olunub, multikulturalizm ideyaları artıq bizim həyat tərzimizə çevrilib. Bu baxımdan, cəmiyyətdə gedən proseslərə uyğun olaraq qanunvericilikdə, xüsusilə ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zəruriyyətdən irəli gəlir.

Təklif edilən əlavə və dəyişikliklər barədə geniş məlumat verən Bilman Vəliyev sonda hər kəsi referendumda fəal iştirak etməyə çağırıb.

Sonra YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü Rasim Nəbiyev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev və digərləri çıxış edərək vurğulayıblar ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycan dövlətinin tərəqqisinə xidmət edir. Əlavə və dəyişikliklərdə insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur. Bu, hüquqların daha etibarlı təminatı baxımından önəmlidir. Konstitusiya islahatları həm də ölkəmizin demokratik inkişafına xidmət edir.