YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və digər sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir

«Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və digər sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir». Bu fikri yap.org.az saytına ““Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

 H.Rəcəbli bildirib ki, Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib.

«Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Biz bu islahata  getməliyik. İndiyədək bu mövzuda aparılmış müzakirələrin nəticələri də cəmiyyətimizin Konstitusiya islahatına hazır olduğunu, dəyişikliklərin cəmiyyət və xalq tərəfindən birmənalı dəstəklənəcəyini göstərir. Biz seçilərlə görüşlərdə də belə bir yanaşmanı görürük»- deyə, H.Rəcəbli vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv