YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» təşviqat qrupunun üzvləri Şirvan şəhərində qanunla müəyyən edilmiş yerlərdəki lövhələrdə plakat və şuarların yapışdırılması prosesini uğurla başa çatdırıblar

Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərin gerçəkləşməsi üçün sentyabrın 26-da keçiriləcək Referendumla bağlı respublikanın hər yerində olduğu kimi, Şirvan şəhrində də təbliğat və təşviqat kampaniyasına yüksək səviyyədə başlanılıb.  «Yeni Azərbaycan» təşviqat qrupunun üzvləri artıq rayondakı  46 saylı Şirvan seçki dairəsinin ərazisində qanunla müəyyən edilmiş yerlərdəki lövhələrdə plakat və şuarların yapışdırılması prosesini uğurla başa çatdırıblar.

YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirdi ki, Məhz Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması cənab Prezidentimizin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür. Onun sözlərinə görə, sentyabrın 26- da keçiriləcək referendumda ölkə vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə və əlavələrə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcəkdir.