YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda tikinti sektorunda çalışanların əmək haqqı 25,6 faiz artıb

Cari ilin ilk 7 ayında inşaat sektorunda çalışan işçilərin sayı 95,6 min nəfər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, tikintidə çalışanların əmək haqqı 25,6 faiz, binaların tikintisində işləyənlərin əmək haqqı 13,2 faiz artıb. Mülki təyinatlı inşaat işlərində isə əmək haqqı 5,6 faiz artıb.

Həmin dövr ərzində tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,6 faiz, o cümlədən yerüstü tikililər üzrə qiymətlər 0,6 faiz, yol və körpü tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb.

 

DİGƏR Xəbərlər Arxiv