YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan parlamentinin sədri Heydər Əliyev Mərkəzində olmuşdur

Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 8-də Heydər Əliyev Mərkəzində olmuşdur.

David Usupaşviliyə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilmişdir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Gürcüstan parlamentinin sədrində böyük maraq doğurmuşdur.

Diqqətə çatdırılmışdır ki, Muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir.

Bildirilmişdir ki, ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır.

Qonaqlar Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Nümayəndə heyətinin üzvləri Mərkəzin “Auditorium” zalına da baxmışlar.

Gürcüstan parlamentinin sədri David Usupaşvili Mərkəzin Xatirə kitabına ürək sözlərini yazmışdır.

DİGƏR Xəbərlər Arxiv