YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti Vladimir Putin Bakıya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, İran və Rusiay liderlərinin üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Kreml-ə istinadən RİA Novosti xəbər verib.

Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani ilə beynəlxalq və regional siyasətin aktual məsələlərini xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Putinin Bakıya səfəri çərçivəsində Azərbaycan və İran liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyi də planlaşdırılır.