YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib

«Ölkəmizdə tolerantlıq yüksək səviyyədə təmin olunub». Bu fikri AMEA-nın vitse-prezidenti, Milli Məclisin komitə sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki,  Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə bərabər şərait yaradılıb. Onun sözlərinə görə,  yaradılan şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib.

«Multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Xalqımız qədimdən bəri cəmiyyətdə harmoniya yaranmasına şərait yaradıb. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir»- deyə, İ.Həbibbəyli vurğulayıb.