YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Sənaye istehsalının genişləndirilməsi Azərbaycanın gələcək inkişafının prioritet istiqamətlərindən birini təşkil edir

«Ölkəmiz düşünülmüş, məqsədyönlü siyasət sayəsində öz güclü potensialına əsaslanaraq bütünlüklə postneft dövrünün iqtisadiyyatının qurulmasına istiqamətlənib». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, respublikamızda ənənələr qorunmaqla bir sıra yeni istiqamətlər müəyyənləşdirilib və hazırda həmin istiqamətlərdə istehsal imkanlarının genişləndirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Onun sözlərinə görə, ölkəmiz yeni şəraitdə iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına diqqəti artırmaqla, bir tərəfdən, müxtəlif mallara olan daxili istehlakı tam şəkildə yerli istehsal hesabına təmin etmək, digər tərəfdən isə, xarici bazarlarda Azərbaycan brendi olan məhsullarla təmsil olunmaq və bu yolla neft daxilolmalarının azalmasını kompensasiya etmək məqsədi güdür.
«Sənaye istehsalının genişləndirilməsi Azərbaycanın gələcək inkişafının prioritet istiqamətlərindən birini təşkil edir. Yeni iqtisadi şəraitdə ölkəmizin davamlı inkişafını təmin etmək üçün müəyyənləşdirilən istiqamətlərdən biri sənaye istehsalının genişləndirilməsi ilə bağlıdır. Ölkəmizdə yeni iqtisadi şəraitdə sənaye sektorunun gələcək inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub»- deyə, T.Rzayev qeyd edib.