YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinə hazırlıq məqsədilə bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəmizdə işgüzar səfərdədir. Avqustun 2-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığa dair saziş layihələrinə, eləcə də Azərbaycan və İran arasında həyata keçirilən mühüm layihələrə, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə, neft-qaz, energetika, gömrük işi, kənd təsərrüfatı, səhiyyə, turizm, investisiya əməkdaşlığına, habelə əczaçılıq, minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalı layihələrinə dair müzakirələr aparılıb.