YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Goranboy rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında cari ilin sentyabr ayının 26-da keçiriləcək referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov Konstitusiya dəyişiklikləriinsan hüquq və azadlığının daha təkmil qorunmasını təmin edəcəyini vurğulayıb, Yeni Azərbaycanˮtəşəbbüs qrupunun üzərinə düşən vəzifəni uğurla  yerinə yetirəcəklərini əminliklə bildirib. Qeyd edib ki, qarşıda duran başlıca məqsəd Azərbaycan Respublikasının Konstitusiyasına əlavə dəyişikliklərlə bağlıümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdir.

YAP Goranboy rayon təşkilatının İdarə Heyətinin üzvü Əzra Həşimova, təşkilatın  və rayon Ağsaqqallar Şurasının üzvü Rəddin Məmmədov  Yeni Azərbaycanˮtəşəbbüs qrupunun apardığı işlərinuğurlu nəticələr verəcəyini və seçicilərin böyük əksəriyyətinin Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqlarını  vurğulayıblar.

Sonra 63 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və onlardan 6 nəfər “Yeni Azərbaycanˮ təşəbbüs qrupuna nümayəndə seçilib.