YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri X Bakı Yay Enerji Məktəbinin yekun sessiyasında mühazirə oxuyub

İyulun 22-də xarici işlər naziri Elmar Məmmədyarov “ADA” Universiteti tərəfindən təşkil olunan enerji məsələləri üzrə 10-cu Bakı Yay Məktəbinin yekun sessiyasında Azərbaycanın xarici və enerji siyasəti barədə mühazirə ilə çıxış edib.

Nazir ölkəmizin xüsusilə son on illik ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda dünya birliyi ilə əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi və bu problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışan Elmar Məmmədyarov tarixi İpək Yolunun bərpası, “Şərq-Qərb” və “Şimal-Cənub“ nəqliyyat dəhlizləri, eləcə də “Cənub” qaz dəhlizi kimi irimiqyaslı layihələrin həyata keçirilməsində ölkəmizin rolunu vurğulayıb.

Sonra nazir iştirakçıların suallarını cavablandırıb.