YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Formula-1 yarışı Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq

Prezident İlham Əliyev Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində Formula–1 yarışının Bakıda təşkilinin üstünlüklərindən də danışıb.

Dövlətimizin başçısı deyib ki, bu yarışın Azərbaycanda keçirilməsi bizim tarixi nailiyyətimizdir, bir daha ölkəmizin gücünü göstərir. Bakı Formula-1 yarışlarının keçirildiyi 21-ci yerdir. İyirmi şəhərdə keçirilirdi və Bakı 21-ci şəhərdir. Əgər o şəhərlərin siyahısına nəzər salsanız, görərsiniz ki, bu şəhərlər inkişaf etmiş şəhərlərdir. Bakı da o sıradadır. Bizim istəyimiz ondan ibarət idi ki, bu oyunlar şəhər küçələrində keçirilsin. Bu da yarışlara əlavə gözəllik verir və eyni zamanda, bütün dünya Bakının gözəlliyini görəcək. Biri var, stadionda, - bu halda hansı şəhərdə keçirildiyi bəlli olmur, - biri də var ki, şəhərimizin mərkəzi küçələrində keçirilsin.

“Mənə çatan çoxsaylı məlumatlara görə, artıq Bakı turizm mərkəzinə çevriləcəkdir. Biz bunu artıq görürük. Formula-1 yarışı Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq. Artıq biz bunu müşahidə edirik. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır. Onların çoxu Bakıya ilk dəfə gəlirlər. Onlar görürlər ki, Bakı necə gözəl, necə inkişaf etmiş şəhərdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv